İspaniya La Liqasının 32-ci turunun matçında "Sevilya" "Ramon Sançes Pisxuan" stadionunda "Valyadolid"lə heç-heçə edib.
“Report” xəbər verir ki, matçda hesab 25-ci dəqiqədə açılıb - "Valyadolid"in müdafiəçisi Kiko Olivas fərqlənib.
Statistikaya əsasən qarşılaşmaya "Sevilya" nəzarət edib - maçtda topa yiyələnmə (75%-in 25%-ə), qapılara zərbələr (14-ün 10-a) üstünlüyü bu komandaya məxsus olub. Bununla belə komanda yalnız 83-cü dəqiqədə hesabı bərabələşdirə bilib.
"Sevilya" 4-cü matçdır ardıcıl olaraq heç-heçə oynayaraq İspaniya çempionatında məğlubiyyətsiz oyun seriyasını 9 matça qədər uzadıb. "Valyadolid" isə əksinə, 4-cü ardıcıl oyundur ki, qələbə qazanmağa nail olmur.
"Sevilya" 32 turda 54 xal yığaraq, İspaniya çempionatında 4-cü yer tutur. "Valyadolid" 35 xalla 14-cüdür.