“Sevilya” Serxio Ramosla razılığa gələ bilməyib

“Sevilya” Serxio Ramosla razılığa gələ bilməyib İspaniyanın “Sevilya” klubu müdafiəçi Serxio Ramosla hələ ki, yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
Futbol
9 aprel 2024 10:14
“Sevilya” Serxio Ramosla razılığa gələ bilməyib

İspaniyanın “Sevilya” klubu futbolçusu Serxio Ramosla yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.

“Report” “Todofichajes” saytına istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçinin klubdakı taleyi yaxın günlərdə bəlli olacaq.

Təcrübəli futbolçu ilə MLS və Səudiyyə Ərəbistanı klubları maraqlanır. Xüsusən də Lionel Messinin formasını geyindiyi "İnter Mayami" onun xidmətində maraqlıdır.

Qeyd edək ki, Serxio Ramos cari mövsüm La Liqada 20 oyun keçirib və 3 qol vurub.

Son xəbərlər

Orphus sistemi