"Sevilya" rəsmisi: "Ölkə çempionları ilə eyni qrupda olduğumuzu unutmamalıyıq"

"Sevilya" rəsmisi: "Ölkə çempionları ilə eyni qrupda olduğumuzu unutmamalıyıq" “İki uzaq səfərimiz olacaq. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Püşkatma zamanı 1-ci səbətdə yer almağımıza imkan yaradan əmsalımızı artırmaq üçün qrupu birinci yerdə bitirmək istəyirik”.
Futbol
30 Avqust , 2019 17:14
Sevilya rəsmisi: Ölkə çempionları ilə eyni qrupda olduğumuzu unutmamalıyıq

“İki uzaq səfərimiz olacaq. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Püşkatma zamanı 1-ci səbətdə yer almağımıza imkan yaradan əmsalımızı artırmaq üçün qrupu birinci yerdə bitirmək istəyirik”.

“Report” xəbər verir ki, bunu UEFA Avropa Liqasında “Qarabağ”la birgə A qrupuna düşən İspaniyanın “Sevilya” klubunun baş direktorunun müavini Xesus Arroyo AS-a püşkü dəyərləndirərkən deyib.

Klub rəsmisi Kiprin APOEL və Lüksemburqun “Düdelanj” komandalarının da yer aldığı qrupun zəif olmadığını vurğulayıb: “Ölkə çempionları ilə bir qrupda olduğumuzu unutmamalıyıq. "Sevilya" üçün düşərli olan turnirdə uğurlu olmağa çalışacağıq. Avropa Liqası mühüm yarışdır. Bəlkə də biz son illər bu yarışa ən çox önəm verən komandayıq. La Liqanı yaddan çıxarmadan burada mümkün qədər irəli getməyə ümid bəsləyirik”.

Arroyo yaxın günlərdə yeni transferlərin gerçəkləşmə ehtimalının da olduğunu söyləyib: “Roman Monçi kimi dünyanın ən yaxşı idman direktoruna sahib olan klub üçün hər şey mümkündür. Transfer pəncərəsi açıqdır və biz son həmlələri gözləyirik”.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək. "Qarabağ" cari avrokubok mövsümündə, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində məhz APOEL-i keçə bilməyib (2:1, 0:2). "Düdelanj"ı isə 2016/2017 mövsümündə ÇL-in II təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb (2:0, 1:1).

Son xəbərlər

Orphus sistemi