"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşib

"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşib İspaniyanın Sevilya futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
4 İyun , 2019 15:24
Sevilyanın yeni baş məşqçisi müəyyənləşib

İspaniyanın "Sevilya" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda "Real Madrid"in sabiq baş məşqçisi Xulen Lopeteqiyə həvalə olunub.

53 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Lopetegi bu postda Xoakin Kaparrosu əvəzləyib.

Qeyd edək ki, Xulen Lopeteqi ötən ilin oktyabrında "Real Madrid"dən ayrılıb. Mütəxəssis həmçinin Portuqaliya "Portu"suna və İspaniya milli komandasına da rəhbərlik edib. "Sevilya" ötən mövsüm La Liqada 6-cı yeri tutaraq növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb. 

Son xəbərlər

Orphus sistemi