"Sevilya"nın 6 aparıcı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq - SİYAHI

"Sevilya"nın 6 aparıcı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq - SİYAHI İspaniyanın Sevilya klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Qarabağla keçirəcəyi oyun üçün 18-liyi açıqlanıb.
Futbol
28 Noyabr , 2019 15:38
Sevilyanın 6 aparıcı futbolçusu Qarabağa qarşı oynamayacaq - SİYAHI

İspaniyanın "Sevilya" klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la keçirəcəyi oyun üçün "18-liy"i açıqlanıb.

"Report"un məlumatına görə, siyahıya Andalusiya təmsilçisinin kapitanı Xesus Navasla yanaşı, Ever Baneqa, Nolito, Fernando Rejes, Serxio Reqilon və Lük de Yonq kimi aparıcı oyunçular daxil edilməyib.

"Sevilya"nın iştirak ərizəsi: 1. Tomaş Vatslik, 3. Serxi Qomes, 5. Lukas Okampos, 6. Daniel Karriço, 7. Runu Lopes, Munas Dabbur, 11. Munir. 12. Jyul Kunde , 13. Yassin Bunu, 14. Xavyer Ernandes (Çiçarito), 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres, 22. Franko Vaskes , 26. Joze Mena, 30. Brayan Gil, 34. Felipe Çakartegi

Qeyd edək ki, bu gün "Ramon Sances Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi