“Sevilya”nın qapıçısı qolu ilə komandasını məğlubiyyətdən xilas etdi

“Sevilya”nın qapıçısı qolu ilə komandasını məğlubiyyətdən xilas etdi İspaniya çempionatının 28-ci turunda “Valyadolid” doğma meydanında “Sevilya” ilə heç-heçə oynadı – 1:1
Futbol
472
21 Mart , 2021 02:40
“Sevilya”nın qapıçısı qolu ilə komandasını məğlubiyyətdən xilas etdi
Yasin Bunu

İspaniya çempionatının XXVIII turunda “Valyadolid” doğma meydanda “Sevilya” ilə qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşmada qalib müəyyən edilməyib – 1:1.

Matçda hesabı 44-cü dəqiqədə meydan sahiblərin hücumçusu Fabian Orelyana açıb. Meydan sahibləri üç xal qazanmağa yaxın olub, amma ikinci hissəyə əlavə olunmuş 4-cü dəqiqədə “Sevilya”nın qapıçısı Yasin Bunu hesabı bərabərləşdirərək, komandasını məğlubiyyətdən xilas edib.

Hazırda 55 xala malik olan “Sevilya” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Valyadolid” isə 27 xalla 16-cı pillədədir.

"Sevilya" növbəti turda, aprelin 4-də lider “Atletiko” (Madrid) ilə qorüşəcək, “Valyadolid” isə bir gün sonra “Barselona”nın qonağı olacaq.

Yasin Bunu
Yasin Bunu

Son xəbərlər

Orphus sistemi