"Sevilya"nın baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında "Atletiko"nu büdrədib"

"Sevilya"nın baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında "Atletiko"nu büdrədib" Qrupumuzda yer alanlar hər şeyi çətinləşdirmək niyyətində olan kollektivlərdir.
Futbol
17 Sentyabr , 2019 17:47
Sevilyanın baş məşqçisi: Qarabağ Çempionlar Liqasında Atletikonu büdrədib

"Qrupumuzda yer alanlar hər şeyi çətinləşdirmək niyyətində olan kollektivlərdir".

"Report" "Marca"ya istinadən xəbər verir ki, bu fikirləri İspaniya "Sevilya"sının baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının I turunda "Qarabağ"la qarşılaşacaqları matçdan öncə söyləyib. 

Bakıya yollanmazdan öncə açıqlama verən 53 yaşlı mütəxəssis Ağdam təmsilçisinin vaxtı ilə Çempionlar Liqasında iştirak etdiyini xatırladıb: "Qarabağ" Çempionlar Liqasında (ÇL) "Atletiko"nu büdrədib. APOEL (Kipr) isə bu il ÇL-in ötən ilki yarımfinalçısı ilə oynayıb. Meydanda istədiklərimizi edərək qələbə qazanmalıyıq".

İspaniyalı məşqçi hələlik əsas məqsədlərinin qrupdan çıxmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi