"Sevilya" Montellanın rəhbərliyi altında ilk qələbəsini qazanıb

"Sevilya" Montellanın rəhbərliyi altında ilk qələbəsini qazanıb Komanda səfərdə "Kadis"i 2:0 məğlub edib
Futbol
2031
4 Yanvar , 2018 03:38
Sevilya Montellanın rəhbərliyi altında ilk qələbəsini qazanıb
Bakı. 4 yanvar. REPORT.AZ/ "Sevilya" futbol üzrə İspaniya Kubokunun 1/8 finalının ilk matçında səfərdə "Kadis" üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, oyunda qolları Nolito (9-cu dəqiqə) və Xesus Navas (23) vurub. Cavab qarşılaşması yanvarın 11-də Sevilyada keçiriləcək.

Bu, komandanın italiyalı baş məşqçi Vinçentso Montellanın rəhbərliyi altında ilk oyunu idi. Əvvəlki məşqçi Eduardo Berisso qənaətbəxş olmayan nəticələr səbəbindən 22 dekabrda istefaya göndərilib.

1/8 finalın digər matçında "Las-Palmas" evdə "Valensiya" ilə 1:1-lik heç-heçə edib. İkinci görüş yanvarın 9-da Valensiyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi