"Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib

"Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib İspaniyalı məşqçi bu postda Vinçenzo Montellanı əvəzləyəcək
Futbol
26 May , 2018 17:12
Sevilya klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı. 26 may. REPORT.AZ/ İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, Əndəlüs təmsilçisi Pablo Maçinlə razılıq əldə edib. 

43 yaşlı mütəxəssislə ikillik müqavilə imzalanacaq. İspaniyalı məşqçi bu postda Vinçenzo Montellanı əvəzləyəcək. 

Qeyd edək ki, Pablo Maçin son olaraq "Jirona" klubunun baş məşqçisi olub. Jirona başa çatan mövsümdə klub tarixinin ən yaxşı nailiyyətini göstərməklə İspaniya La Liqasını 10-cu pillədə başa vurub. 

Son xəbərlər

Orphus sistemi