“Sevilya” öz meydanında "Atletik Bilbao" ilə bacarmayıb

“Sevilya” öz meydanında "Atletik Bilbao" ilə bacarmayıb Futbol üzrə İspaniya La Liqasında 19-cu turun oyunu keçirilib.
Futbol
4 Yanvar , 2020 01:56
“Sevilya” öz meydanında Atletik Bilbao ilə bacarmayıb

Futbol üzrə İspaniya La Liqasında 19-cu turun oyunu keçirilib.

“Report” xəbər verir ki, turun matçında “Sevilya” "Atletik Bilbao"nu qəbul edib.

Qarşılaşma Sevilyanın "Ramon Sançes Pisxuan" stadionunda baş tutub və 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı qonaqlar açıb. Qarşılaşmanın 15-ci dəqiqəsində Ander Kapa fərqlənib. "Sevilya" buraxılan qolun əvəzini 60-cı dəqiqədə çıxıb. 

Hazırda "Sevilya" İspaniya çempionatının yarış cədvəlində 3-cü yer tutur. Komandanın aktivində 35 xal var. "Atletik" 29 xal yığaraq turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. 

Yarış cədvəlinə 39 xalla "Barselona" liderlik edir.

"Sevilya" növbəti turda səfər matçında "Real"la qarşılaşacaq. Görüş yanvarın 18-də baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi