Şevçenko Polşa millisinin baş məşqçisi olmayacaq

Şevçenko Polşa millisinin baş məşqçisi olmayacaq İtaliya "Cenoa"sından istefaya göndərilmiş Andrey Şevçenko futbol üzrə Polşa milli komandasının baş məşqçisi ola bilməyəcək.
Futbol
454
27 Yanvar , 2022 20:15
Şevçenko Polşa millisinin baş məşqçisi olmayacaq

İtaliya "Cenoa"sından istefaya göndərilmiş Andrey Şevçenko futbol üzrə Polşa milli komandasının baş məşqçisi ola bilməyəcək.

"Report"un məlumatına görə, bu barədə ukraynalı jurnalist İqor Tsıqanık özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, 46 yaşlı mütəxəssis Genuya təmsilçisi ilə müqavilənin ləğvi barədə razılığa gələ bilməyib. Bu səbəbdən də onun yığmanın sükanı arxasına təyinatı baş tutmayıb. Polşa Futbol İttifaqının millini yerli namizədlərdən birinə tapşıracağı gözlənilir.

Qeyd edək ki, Andrey Şevçenko "Cenoa"dakı işindən kənarlaşdırılsa da, sözləşməsi qüvvədə qalır.

Son xəbərlər

Orphus sistemi