Şevçenko italyanca kitab buraxır

Şevçenko italyanca kitab buraxır Aprelin 29-da satışa çıxarılacağı gözlənilən kitabın təxmini qiyməti 18 avro olacaq
Futbol
19 Aprel , 2021 19:27
Şevçenko italyanca kitab buraxır
Andrey Şevçenko

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko tezliklə öz kitabını buraxacaq.

"Report"un məlumatına görə, əfsanəvi hücumçunun avtobioqrafiyası italyan dilində nəşr olunacaq.

"Forza gentile. La mia vita, il mio calcio" ("Zərif güc. Mənim həyatım, mənim futbolum") adlanan kitabın üz qabığı artıq İtaliyanın "Baldini + Castoldi" nəşriyyatının rəsmi saytında yer alıb.

Qeyd edək ki, aprelin 29-da satışa çıxarılacağı gözlənilən kitabın təxmini qiyməti 18 avro olacaq.

Son xəbərlər

Orphus sistemi