Səudiyyə Ərəbistanının qadın komandası ilk beynəlxalq matçında qalib gəlib

Səudiyyə Ərəbistanının qadın komandası ilk beynəlxalq matçında qalib gəlib Qadın futbolçulardan ibarət Səudiyyə Əsəbistanı millisi ilk beynəlxalq oyununu keçirib.
Futbol
21 Fevral , 2022 17:30
Səudiyyə Ərəbistanının qadın komandası ilk beynəlxalq matçında qalib gəlib

Qadın futbolçulardan ibarət Səudiyyə Əsəbistanı millisi ilk beynəlxalq oyununu keçirib.

"Report"un məlumatına görə, yığma yoldaşlıq matçında Seyşel adaları ilə üz-üzə gəlib.

Qarşılaşma Səudiyyə Əsəbistanın 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın tarixdəki ilk qolunu Əl-Bəndəri Mübarək vurub. Məryam Əl-Tamimi isə ikinci qolun müəllifi olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında futbol qarşılaşmaları zamanı qadınların stadionlara buraxılmasına 2018-ci ildə icazə verilib. İki ildən sonra isə ölkədə qadınlar arasında liqalar keçirilməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi