Səudiyyə Ərəbistanı yığmasının 4 futbolçusu İspaniya klublarına bir saat ərzində transfer olunublar

Səudiyyə Ərəbistanı yığmasının 4 futbolçusu İspaniya klublarına bir saat ərzində transfer olunublar Dörd klub ərəb futbolçuları icarəyə götürüb
Futbol
22 yanvar 2018 06:18
Səudiyyə Ərəbistanı yığmasının 4 futbolçusu İspaniya klublarına bir saat ərzində transfer olunublar

Bakı. 22 yanvar. REPORT.AZ/ İspaniya klubları bir saat ərzində Səudiyyə Ərəbistanının 4 futboçusunu transfer etdiklərini açıqlayıblar.

“Report” xəbər verir ki, “Leqanes” Yəhya Əl-Şerini ("Əl-Nəsr"), "Vilyarreal" Salem Əl-Dosarini ("Əl-Hilal") "Levante" Fəhəd Əl-Muvalladı ("Əl-İttihad"), “Valyadolid” isə Nuh Əl-Musani ("Əl-Fateh") cari mövsümün sonuna qədər icarəyə götürüb.

Bildirilir ki, bu keçidlər İspaniya Kral Futbol Federasiyası ilə Səudiyyə Ərəbistanı Futbol Federasiyası arasında əldə olunan razılığa əsasən baş tutub. Sövdələşmə Səudiyyə Ərəbistanı milli komandasının oyunçularına şamil olunur.

Son xəbərlər

Orphus sistemi