Bakı. 19 iyun. REPORT.AZ/ Göyərtəsində futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının olduğu təyyarə qəzaya uğrayıb.
"Report"un "The Mirror"a istinadən məlumatına görə, ərəblər Uruqvayla dünya çempionatının II tur matçı üçün Rostov-Dona uçarkən hava gəmisinin mühərriki yanıb. Yanğına baxmayaraq, təyyarə komanda ilə birgə hava limanına uğurla eniş edib.
Qeyd edək ki, iyunun 20-də "Rostov Arena"da keçiriləcək Uruqvay - Səudiyyə Ərəbistanı matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. İlk turda Səudiyyə Ərəbistanı Rusiyaya 0:5 hesabı ilə uduzub. Uruqvay isə Misirə qalib gəlib - 1:0.