Səudiyyə Ərəbistan şirkəti "Çelsi" üçün 3,5 milyard dollar təklif edib

Səudiyyə Ərəbistan şirkəti "Çelsi" üçün 3,5 milyard dollar təklif edib "Saudi Media Group"un yerli hökumətlə əlaqəsi yoxdur. Satış gerçəkləşəcəyi təqdirdə, klubda yeni titul sponsoru olacaq
Futbol
121
15 Mart , 2022 09:14
Səudiyyə Ərəbistan şirkəti Çelsi üçün 3,5 milyard dollar təklif edib

Səudiyyə Ərəbistanı şirkəti İngiltərənin "Çelsi" klubunu ala bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Saudi Media Group" London təmsilçisinə sahib olmaq üçün rəsmi təklif də göndərib.

"Zadəganlar" 3,5 milyard ABŞ dolları məbləğində rəsmi təklif alıb.

Şirkətin sahibi Məhəmməd Alkereyci "Çelsi" azarkeşidir. "Saudi Media Group"un yerli hökumətlə əlaqəsi yoxdur. Satış gerçəkləşəcəyi təqdirdə, klubda yeni titul sponsoru olacaq. Bu, ya Səudiyyə Ərəbistanının NEOM şirkəti, ya da yeni milli aviaşirkət olacaq.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi