Serxio Ramosun cəzalandırılması tələbi ilə 180 min insan petisiya imzalayıb

Serxio Ramosun cəzalandırılması tələbi ilə 180 min insan petisiya imzalayıb Salah həmin oyunda Ramosla mübarizədən sonra çiynini zədələyərək birinci hissədə meydanı tərk edib
Futbol
28 May , 2018 06:37
Serxio Ramosun cəzalandırılması tələbi ilə 180 min insan petisiya imzalayıb

Bakı. 28 may. REPORT.AZ/ "Change.org" portalında Çempionlar Liqasının final matçında "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salaha qəsdən xəsarət yetirdiyinə və simulyasiyaya görə "Real"ın müdafiəçisi Serxio Ramosun cəzalandırılması tələbi ilə FİFA və UEFA-ya ünvanlanmış petisiya yerləşdirilib.

“Report” xəbər verir ki, hazırda petisiyaya 180 mindən çox insan imza atıb.

Final oyununda "Real" "Liverpul"u 3:1 hesabı ilə məğlub edib. Salah həmin oyunda Ramosla mübarizədən sonra çiynini zədələyərək birinci hissədə meydanı tərk edib.

Son xəbərlər

Orphus sistemi