“Şerif”in kapitanı: "Növbəti mərhələyə yüksəlmək şansımız var"

“Şerif”in kapitanı: "Növbəti mərhələyə yüksəlmək şansımız var" Bakı. 29 avqust. REPORT.AZ/ “Bizi çox çətin oyun gözləyir. İlk matçda yaxşı nəticə qazanmışıq. Növbəti mərhələyə yüksəlmək şansımız var. Sonuncu 90 dəqiqəyə çıxacağıq. Birinci görüşdəki kimi oynamağa çalışacağıq”.
Futbol
29 Avqust , 2018 20:36
“Şerif”in kapitanı: Növbəti mərhələyə yüksəlmək şansımız var

Bakı. 29 avqust. REPORT.AZ/ “Bizi çox çətin oyun gözləyir. İlk matçda yaxşı nəticə qazanmışıq. Növbəti mərhələyə yüksəlmək şansımız var. Sonuncu 90 dəqiqəyə çıxacağıq. Birinci görüşdəki kimi oynamağa çalışacağıq”.

“Report” xəbər verir ki, bunu Moldovanın “Şerif” komandasının kapitanı Mateo Suşiç “Qarabağ”la Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

27 yaşlı bosniyalı müdafiəçi bildirib ki, ötən illə müqayisədə “Qarabağ”ın heyətində dəyişikliklər olub: “Yeni futbolçular olsa da, komanda əvvəlki futbolu nümayiş etdirir. Düzdür, futbolçuların hələlik bir-birilərinə tam uyğunlaşmadığı, fərdi oyuna üstünlük verdikləri hiss olunur. Öz futbolumuzu oynamalıyıq. Fərdi olaraq heç bir futbolçunu qeyd etmək istəməzdim. Bəli, Emeqaranı təhlil etmişik. Amma komandada başqa yaxşı oyunçular var”.

Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi