"Şerif"in hücumçusunun “Neftçi”yə keçidi baş tutmayıb

"Şerif"in hücumçusunun “Neftçi”yə keçidi baş tutmayıb Bakı. 31 yanvar. REPORT.AZ/ Moldovanın “Şerif” klubunun futbolçusu Zigi Badibanqanın “Neftçi”yə keçidi baş tutmayıb.
Futbol
31 Yanvar , 2019 11:41
Şerifin hücumçusunun “Neftçi”yə keçidi baş tutmayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Moldovanın “Şerif” klubunun futbolçusu Zigi Badibanqanın “Neftçi”yə keçidi baş tutmayıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 27 yaşlı belçikalı hücumçunun özü və klubu ilə maliyyə şərtlərində anlaşma əldə olunmayıb. Konqo əsilli forvardın 2017-ci ilin fevralından formasını geyindiyi “Şerif”lə bu ilin iyununa qədər müqaviləsi var.

Badibanqa “Şerif”də “Neftçi”nin hazırkı baş məşqçisi Roberto Bordinin rəhbərliyi altında da oynayıb. Bu səbəbdən, italiyalı mütəxəssis potensialına bələd olduğu hücumçunu təkrarən sərəncamında görmək istəyirdi.

Qeyd edək ki, Zigi Badibanqa 2017-ci ildə Çempionlar Liqasının III təsnifat və ötən il Avropa Liqasının pley-off matçlarında “Qarabağ”a qarşı forma geyinib. O, 2017-ci il avqustun 1-də Tiraspolda ağdamlılara 1:2 hesabı ilə uduzduqları görüşdə komandasının yeganə qoluna imza atıb.  

Son xəbərlər

Orphus sistemi