"Şerif"in baş məşqçisi: "Qarabağ" "Fola Eş"dən daha güclüdür"

"Şerif"in baş məşqçisi: "Qarabağ" "Fola Eş"dən daha güclüdür" "Bakıdakı komanda indiyi oynadığımız rəqibdəndaha güclüdür. Ümid edirəm ki, orada da qələbə ənənəsini davam etdirərik".
Futbol
20 Avqust , 2020 10:46
Şerifin baş məşqçisi: Qarabağ Fola Eşdən daha güclüdür
Zoran Zeçik

"Bakıdakı komanda indiki oynadığımız rəqibdən daha güclüdür. Ümid edirəm ki, orada da qələbə ənənəsini davam etdirəcəyik". 

"Report" xəbər verir ki, bu fikirləri Moldovanın "Şerif" komandasının baş məşqçisi Zoran Zeçik klubun televiziyasına açıqlamasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la matç barədə danışarkən söyləyib. 

46 yaşlı mütəxəssis I təsnifat mərhələsində Lüksemburq "Fola Eş"ini (2:0) çətinliklə mübarizədən kənarlaşdırdıqlarını bildirib.

Xorvatiyalı baş məşqçi deyib ki, Ağdam təmsilçisi ilə görüşdə nəticəyə nail olmaq istəyirlərsə, həm hücumda, həm də müdafiədə yaxşı oynamalıdırlar: "Ümid edirəm ki, Bakıda daha yaxşı oynayacağıq. Cütün taleyi bir matçda həll olunacaq. "Qarabağ"la oyun üçün vaxtımız azdır. Çox ciddi hazırlaşmalıyıq". 

Xatırladaq ki, "Qarabağ" - "Şerif" matçı avqustun 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. 

Son xəbərlər

Orphus sistemi