Sergey Yuran "Simurq"da işlədiyinə peşmandır

Sergey Yuran "Simurq"da işlədiyinə peşmandır Bu vəziyyət bizdən asılı deyil. Ümid edək ki, hər şey tezliklə bitsin.
Futbol
14 Aprel , 2020 22:15
Sergey Yuran Simurqda işlədiyinə peşmandır

"Bu vəziyyət bizdən asılı deyil. Ümid edək ki, hər şey tezliklə bitsin".

"Report"un məlumatına görə, bu fikirləri Rusiyanın birinci liqasında çıxış edən "Ximki" klubunun baş məşqçisi Sergey Yuran yerli mətbuata açıqlamasında koronavirus pandemiyası barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis bildirib ki, karantin müddətində düşünmək üçün kifayət qədər vaxtı olur: "Harada səhv etdiyimi fikirləşirəm. Həmçinin düşünürəm ki, futbolçu kimi nəyə nail ola bilərdim. Hesab edirəm ki, məşqçi kimi çox şey itirmişəm. Çalışdığım yerlərdə nəticə versəm də, Rusiyanın top-klubları ilə işləmək şansım olmayıb".

S.Yuran yüksək səviyyəli klublarda işləyə bilməməsinin səbəblərini araşdırdığını söyləyib: "Hər kəsin - Andrey Kobelev, Dmitri Aleyniçev və digərlərinin şansı olub. Özümə sual verirəm. Niyə bu vəziyyətə düşmüşəm? Beləliklə, hazırda əsas vaxtım özümü analiz etməyə sərf olunur. Bundan qaça bilməzsən. Hansısa məqamlarda problemin kökünü tapmağa nail olursan".

Qeyd edək ki, Sergey Yuran 2011/2012 mövsümündə Azərbaycanda "Simurq" klubuna başçılıq edib.

Son xəbərlər

Orphus sistemi