Azərbaycanda çalışmış baş məşqçi Ayaz Quliyevi tənqid edib

Azərbaycanda çalışmış baş məşqçi Ayaz Quliyevi tənqid edib Zaqatalanın fəaliyyətini dayandırmış Simurq komandasının sabiq baş məşqçisi Sergey Yuran Rusiya Spartakında çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyev haqqında danışıb.
Futbol
102
25 Aprel , 2019 13:01
Azərbaycanda çalışmış baş məşqçi Ayaz Quliyevi tənqid edib

Zaqatalanın fəaliyyətini dayandırmış "Simurq" komandasının sabiq baş məşqçisi Sergey Yuran Rusiya "Spartak"ında çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyev haqqında danışıb.

"Report" xəbər verir ki, hazırda "Zorki" komandasına rəhbərlik edən 50 yaşlı mütəxəssis "Sports.ru"ya müsahibəsində 23 yaşlı yarımmüdafiəçi barədə xoş sözlər söyləməyib.

Məşqçi Quliyevi Moskva təmsilçisinin digər oyunçusu Denis Qluşakovla müqayisə edib: "Quliyev Qluşakovdan geri qalır. Denis daha yaxşı təsir bağışlayır. Ayaz Quliyev hələ "Spartak"ın əsas kompozisiyasının oyunçusu deyil. "Rostov"da çıxış edərkən, onda hər şey alınırdı. Amma burada tamam fərqli təzyiq və vəzifələr var. Çempionatın sonunda eksperiment aparmağın lazım olduğunu düşünmürəm. Nəticə vermək üçün təcrübəli Qluşakov var".

Yuran bildirib ki, "Spartak" Qluşakovun təcrübəsindən istifadə etməlidir: "Bu mərhələdə Quliyev zəifdir. Meydanda sadəcə düşüncəsizcəsinə qaça, düşünə və təhlil də edə bilərsiniz. Qluşakov vəziyyəti gənc oyunçudan daha tez oxuyur. Ayaz istedadlı oğlandır. Amma təcrübəsinə, oyununa və inamına görə onu Qluşakovla müqayisə etmək çox tezdir. O, "Spartak"da son sözünü deməyib". 

Qeyd edək ki, Ayaz Quliyev aprelin 10-da ABŞ vətəndaşı Maykl Kou Con Eli ilə münaqişə edib və onun burnunu qırıb. Nəticədə Moskva təmsilçisi Quliyevi 5 milyon rubl məbləğində cərimələyib. 

Son xəbərlər

Orphus sistemi