Serbiyalı oyunçu: "Sumqayıt"la matçın əhəmiyyəti çox böyükdür"

Serbiyalı oyunçu: "Sumqayıt"la matçın əhəmiyyəti çox böyükdür" "İlk görüşdə rəqib futbolçular topu bizə buraxdı və şüurlu şəkildə müdafiə olundular. Beləliklə, istədikləri nəticəni əldə etdilər".
Futbol
28 İyul , 2021 20:12
Serbiyalı oyunçu: Sumqayıtla matçın əhəmiyyəti çox böyükdür

"İlk görüşdə rəqib futbolçular topu bizə buraxdı və şüurlu şəkildə müdafiə olundular. Beləliklə, istədikləri nəticəni əldə etdilər".

"Report"un məlumatına görə, bu fikirləri Serbiyanın "Çukariçki" komandasının futbolçusu Corce Yovanoviç "Sumqayıt"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.

22 yaşlı hücumçu ilk matçı analiz etdiklərini bildirib: "Bir daha gördük ki, çox sayda qal imkanlarımız olub. 3-4 qol vura bilərdik. Rəqibin heç-heçəyə görə çox sevindiyini də gördük".

Serbiyalı forvard Belqraddakkı kimi qarşılaşma gözlədiyini söyləyib: "Sumqayıt"ın ilk oyundakından fərqli çıxış edəcəyinə inanmıram. Görüş ərzində konsentrasiyanı qorumalıyıq. Qol vurmaq üçün şanslarımızın olacağına əminəm. Sumqayıtdakı qarşılaşma tamamilə fərqli olacaq. Hər şeyi düzəltmək öz əlimizdədir".

Yovanoviç bildirib ki, matçın Belqradda və ya Azərbaycanda keçirilməsinin onlar üçün fərqi yoxdur: "Öz oyunumuzu göstərəcəyik. Rəqib uzun müddətdir ki, həmin meydanda oynayır. Buna görə onlar üçün daha asandır. Azarkeşlər də onlara dəstək verəcək. Matçın əhəmiyyəti çox böyükdür. Əlbəttə, biz təslim olmayacağıq".

Qeyd edək ki, iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq. İlk görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi