Serbiyalı məşqçi: "Bütün futbolçular "Qəbələ"nin meydançasından həzz aldılar"

Serbiyalı məşqçi: "Bütün futbolçular "Qəbələ"nin meydançasından həzz aldılar" Qəbələ. 30 sentyabr. REPORT.AZ/ Keşlənin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının VI turunda Qəbələylə səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib.
Futbol
30 Sentyabr , 2018 22:39
Serbiyalı məşqçi: Bütün futbolçular Qəbələnin meydançasından həzz aldılar

Qəbələ. 30 sentyabr. REPORT.AZ/ "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının VI turunda "Qəbələ"ylə səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib.

"Report"un Qəbələyə ezam olunmuş Şirvan bürosunun əməkdaşı xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə qarşılaşma haqqında danışıb.

- Çox yaxşı, maraqlı oyun oldu. Meydanda hər iki komandanın ifasında yaxşı temp vardı. İlk hissədə istədiyimiz, strategiyamıza uyğun oynadıq. Təəssüf ki, bəzi epizodlarda qol vura bilmədik. Bu, təkcə bizim üçün yox, “Qəbələ” üçün də vacib matç idi. Planımız tez qol vurmaq və rəqibə geniş imkanlar verməmək idi. Buna uyğun erkən hesabı açdıq. Fikrim belədir ki, “Qəbələ” ilk hissədə elə də təhlükəli vəziyyətlər yaratmadı. İkinci hissədə qapıçımız Kamran Ağayev yaxşı oynadı. Qırılma anı Amil Yunanovun 2-ci qolu vura bilməməyi oldu. Onda hesab 2:0 olardı və Bakıya 3 xal aparardıq. Komandamı təbrik etmək istəyirəm. Futbolçular yaxşı oynadılar və qələbəyə cəhd etdilər. Yeni transferimiz vardı, o da yaxşı idi. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oynayacağıq.

Amil Yunanovu uzun fasilədən sonra əsas heyətdə meydana buraxdınız. Bu seçim məcburiyyətlə bağlı idi, yoxsa hücumçu özünü məşqdə yaxşı göstərmişdi? Amili əvvəl start heyətində oynatmadığınıza görə peşman deyilsiniz?

- Amil yaxşı futbolçudur. Bildiyiniz kimi, Andre Klennon cəzalı idi və Yunanovu buraxdım. Bizdə hücum xəttində seçim geniş deyil. Optimal komanda yaratmağa çalışırıq. Azər Salahlı, Slavik Alxasov çox yaxşı oynayır. Onların meydandakı mövqelərini dəyişsək də, komandanın mənzərəsinə mənfi təsir göstərmirlər.

Avropadan gəlmiş bir mütəxəssisin ilk dəfə olduğu Qəbələdəki şərait haqda təəssüratları necədir?

- Təəssüratım əladır. Serbiyada milli komandamızın bu qədər meydançası, oteli, infrastrukturu var. Eləcə də “Partizan”ın. “Qəbələ”nin məşqçisi, həmyerlim Miloş Yevtiçlə zarafat edirəm ki, belə şəraitiniz var, niyə burada məşq etmirisiniz? Bütün futbolçular bu meydançadan həzz aldılar və əsl futbol ab-havasını hiss etdilər.

Son xəbərlər

Orphus sistemi