Serbiyalı futbolçu: "Azərbaycanla matçdan əvvəl qələbə vacib idi"

Serbiyalı futbolçu: "Azərbaycanla matçdan əvvəl qələbə vacib idi" "İnanıram ki, qarşıdakı görüşlərdə də yaxşı oynamağa davam edəcəyik"
Futbol
262
25 Mart , 2021 12:09
Serbiyalı futbolçu: Azərbaycanla matçdan əvvəl qələbə vacib idi

"Çox vacib qələbə qazandıq. Növbəti matça iki gün qaldığını nəzərə alsaq, yaxşı oynadığımızı deyə bilərik".

"Report"un məlumatına görə, bu fikirləri Serbiya yığmasının futbolçusu Aleksandar Mitroviç İrlandiyanı evdə 3:2 hesabı ilə məğlub etdikləri dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

İngiltərənin "Fulhem" klubunda çıxış edən 27 yaşlı hücumçu vaxt keçdikcə daha yaxşı oynayacaqlarını söyləyib: "Seçmə mərhələyə uzun müddətdir ki, qələbə ilə başlamırdıq. Bu, Portuqaliya və Azərbaycanla matçdan əvvəl vacib məqamdır. İnanıram ki, qarşıdakı görüşlərdə də yaxşı oynamağa davam edəcəyik".

Qeyd edək ki, Serbiya millisi martın 27-də Portuqaliyanı qəbul edəcək, martın 30-da isə Azərbaycan yığmasının qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi