Serbiya yığmasının daha 3 futbolçusunda koronavirus aşkarlandı

Serbiya yığmasının daha 3 futbolçusunda koronavirus aşkarlandı Serbiya milli komandasının 4 üzvü koronavirusa yoluxub.
Futbol
18 Noyabr , 2020 14:21
Serbiya yığmasının daha 3 futbolçusunda koronavirus aşkarlandı

Futbol üzrə Serbiya milli komandasının 4 üzvü koronavirusa yoluxub.

"Report" Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, onlardan 3-ü oyunçu, biri isə fizioterapevtdir.

Qapıçı Corce Nikoliç, yarımmüdafiəçilər Sergey Milinkoviç-Saviç və Darko Lazoviçin test nəticəsi müsbət olub. Həmin şəxslər dərhal təcrid edilib.

Daha əvvəl milli komandada Aleksandar Kolarovun testi müsbət nəticələnib.

Qeyd edək ki, Serbiya yığması bu gün UEFA Millətlər Liqasının VI turunda Rusiya seçməsini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi