Serbiya millisi Bakıya itkilərlə gəlir

Serbiya millisi Bakıya itkilərlə gəlir İyunun 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da başlanacaq
Futbol
28 Mart , 2021 16:50
Serbiya millisi Bakıya itkilərlə gəlir

Serbiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi futbol üzrə dünya çempionatının seçmə oyunu üçün Bakıya yola düşüb.

"Report"un Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, qonaq komanda paytaxt Belqradı itkilərlə tərk edib.

Almaniya "Verder"ində çıxış edən müdafiəçi Miloş Velkoviç və Rusiya "Rubin"inin hücumçusu Corce Despotoviç zədə səbəbindən yığmanı tərk edib. İtaliya "Fiorentina"sının müdafiəçisi Nikola Milenkoviç isə ötən gün Portuqaliya ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə qırmızı vərəqə alıb.

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi