Serbiya Futbol İttifaqının rəhbərliyi tam tərkibdə Bakıya gəlib

Serbiya Futbol İttifaqının rəhbərliyi tam tərkibdə Bakıya gəlib "Əslində Serbiyanın idman naziri Vanya Udoviçiç də Bakıya gəlməli idi. Son anda mənə məlum olmayan səbəbdən səfəri təxirə düşdü"
Futbol
29 Mart , 2021 12:52
Serbiya Futbol İttifaqının rəhbərliyi tam tərkibdə Bakıya gəlib

Serbiya Futbol İttifaqının (FSS) nümayəndə heyəti Azərbaycan millisi ilə DÇ-2022-nin seçmə mərhələ oyunu üçün tam tərkibdə Bakıya gəlib.

Bu barədə "Report"a Azərbaycan yığmasının, "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu, Serbiya millisi ilə birlikdə ölkəmizə təşif buyuran Branimir Subaşiç məlumat verib.

Veteran hücumçunun sözlərinə görə, martın 23-də istefa verən FSS prezidenti Slavişa Kokezadan başqa bütün rəsmilər hazırda bu vəzifəni icra edən vitse-prezident, ötənlərin tanınmış futbolçusu Marko Panteliçin rəhbərliyi altında Azərbaycan paytaxtındadır: "Əslində Serbiyanın idman naziri Vanya Udoviçiç də Bakıya gəlməli idi. Son anda mənə məlum olmayan səbəbdən səfəri təxirə düşdü".

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi