Serbiya çempionu vaxtından əvvəl müəyyənləşdi

Serbiya çempionu vaxtından əvvəl müəyyənləşdi Srvena Zvezda futbol komandası vaxtından əvvəl Serbiya çempionu titulunu qazanıb.
Futbol
30 May , 2020 00:32
Serbiya çempionu vaxtından əvvəl müəyyənləşdi

"Srvena Zvezda" futbol komandası vaxtından əvvəl Serbiya çempionu titulunu qazanıb.

"Report" xəbər verir ki, bu, ölkə çempionatının koronavirus pandemiyası ilə əlaqədar fasilədən sonra bərpa olunduğu gün - mayın 29-da müəyyənləşib. XXVII tur qarşılaşmasında "qırmızılar" "Rad"ı 5:0 hesabı ilə yenərək, xalını 72-yə yüksəldib. 

Bununla da "Srvena Zvezda" mövsümün sonuna 3 tur qalmış ən yaxın izləyicisi, 26 oyundan 58 xal yığan "Partizan" üçün əlçatmaz olub.

Qeyd edək ki, Serbiya Super Liqası adətən pley-off sistemi ilə keçirilir. Lakin pandemiya səbəbindən mövsüm 30 turdan sonra yekunlaşacaq. Bu, "Srvena Zvezda"nın ardıcıl üçüncü çempionluq tituludur. 

Belqrad klubu Yuqoslaviya, Serbiya və Monteneqro çempionatları da nəzərə alınmaqla, qızıl medalları 31 dəfə qazanıb. 

Son xəbərlər

Orphus sistemi