"Sent-Etyen" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

"Sent-Etyen" - "Qarabağ" matçının hakimləri müəyyənləşib Görüşü islandiyalı hakimlər briqadası idarə edəcək
Futbol
24 Noyabr , 2014 14:54
Sent-Etyen - Qarabağ matçının hakimləri müəyyənləşib

Bakı. 24 noyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsində noyabrın 27-də keçiriləcək "Sent-Etyen" - "Qarabağ" matçının hakimləri müəyyənləşib. "Report"un məlumatına görə, qarşılaşma islandiyalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Kristinn Yakobsson olacaq. Ona Siqurdur Oli Torleyfsson və Qunnar Sverrir Qunnarsson kömək edəcək. Gilfi Mar Siqurdsson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Sent-Etyen" - "Qarabağ" matçı yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 28 noyabr saat 00:05-də) başlanacaq.

Son xəbərlər

Orphus sistemi