Şenol Güneş "Qalatasaray"ın hücumçusunu millimizlə oyuna çağıracaq

Şenol Güneş "Qalatasaray"ın hücumçusunu millimizlə oyuna çağıracaq 22 yaşlı hücumçu AVRO-2020 öncəsi Azərbaycan, Şimali İrlandiya və Moldova ilə yoldaşlıq görüşləri üçün heyətə cəlb olunacaq
Futbol
143
5 May , 2021 19:13
Şenol Güneş Qalatasarayın hücumçusunu millimizlə oyuna çağıracaq

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş "Qalatasaray"ın futbolçusu Halil Dervişoğlunu yığmaya dəvət edəcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 22 yaşlı hücumçu AVRO-2020 öncəsi Azərbaycan, Şimali İrlandiya və Moldova ilə yoldaşlıq görüşləri üçün heyətə cəlb olunacaq.

İddiaya görə, Güneş mövsümü vaxtından əvvəl başa vuran "Beşiktaş"ın forvardı Cenk Tosunu gənc oyunçu ilə əvəzləməyi düşünür. Onun Avropa çempionatına aparılıb-aparılmaması isə yoxlama matçlarındakı çıxışından asılı olacaq.

Qeyd edək ki, Türkiyə millisi mayın 27-də Azərbaycan, 31-də Şimali İrlandiya, iyunun 3-də isə Moldova yığması ilə üz-üzə gələcək.

AVRO-2020-nin A qrupunda yer alan "ay-ulduzlular" Uels və İsveçrə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Bakıdakı qarşılaşmalarda tribunaların 50 faizinə azarkeşlərin buraxılacağına təminat verilib.

Son xəbərlər

Orphus sistemi