Şenol Günəş: "Bakıda öz meydanımızdakı kimi oynayacağıq"

Şenol Günəş: "Bakıda öz meydanımızdakı kimi oynayacağıq" Rəqiblərdən çox şəhərləri və səyahəti müzakirə etmişdik. Bakını istəyirdik. Azərbaycanda, Bakıda öz meydanımızdakı kimi oynayacağıq.
Futbol
182
30 Noyabr , 2019 23:02
Şenol Günəş: Bakıda öz meydanımızdakı kimi oynayacağıq

"Rəqiblərdən çox şəhərləri və səyahəti müzakirə etmişdik. Bakını istəyirdik. Azərbaycanda, Bakıda öz meydanımızdakı kimi oynayacağıq".

"Report" xəbər verir ki, bunları AVRO 2020-nin püşkünü dəyərləndirən Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

"Ay ulduzlular" Avropa çempionatında İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda yer alacaqlar. 67 yaşlı mütəxəssisin sözlərinə görə, İtaliya ilə Romadakı açılış oyunundan sonra Bakıya səfərin bir qədər çətin olacağını vurğulayıb: "Avropanın ən yaxşı komandaları yarışda iştirak edəcəklər. Bu turnirdə yer almaq qürurvericidir. Oynayacağımız oyunla yarışa səs salmaq, rəng qatmaq istəyirik, bütün komandalara uğurlar arzulayıram".

Qeyd edək ki, AVRO-2020-də Bakıda keçiriləcək oyunların təqvimi müəyyənləşib. İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Son xəbərlər

Orphus sistemi