"Qalatasaray"da "Neftçi" ilə oyundan öncə ciddi itki

"Qalatasaray"da "Neftçi" ilə oyundan öncə ciddi itki "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Qalatasaray" itki ilə üzləşib.
Futbol
722
8 Sentyabr , 2020 15:51
Qalatasarayda Neftçi ilə oyundan öncə ciddi itki

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Qalatasaray" klubu itki ilə üzləşib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Mbaye Dianye zədələnib. 29 yaşlı senaqallı hücumçu qasıq nahiyyəsindən xəsarət alıb. 

Forvard məşqdə ağrı hiss edib və hazırlıq prosesini yarımçıq tərk etməli olub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil. 

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi