"Keşlə"nin yeni baş məşqçisi açıqlandı

"Keşlə"nin yeni baş məşqçisi açıqlandı “Keşlə” komandasının baş məşqçi vəzifəsinə təyinat baş tutub.
Futbol
25 Yanvar , 2021 11:20
Keşlənin yeni baş məşqçisi açıqlandı
Sənan Qurbanov

“Keşlə” futbol komandasının baş məşqçi vəzifəsinə təyinat gerçəkləşib.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən, kollektiv Sənan Qurbanova tapşırılıb. 40 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, Sənan Qurbanov 2018/2019 mövsümündə və 2019/2020 mövsümünün əvvəllərində "Qəbələ”nin baş məşqçisi olub. O, əyalət təmsilçisi ilə Azərbaycan Kubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi