Sənan Qurbanov: "Futbolçularımızın qaçmaması məni təəccübləndirdi"

Sənan Qurbanov: "Futbolçularımızın qaçmaması məni təəccübləndirdi" "Oyuna yaxşı hazırlaşmışdıq. Lakin ilk 45 dəqiqədə təəccübləndim, futbolçulara yaraşmayan ssenaru var idi. Rəqibin qol epizodları var idi. İkinci hissədə isə ciddi tapşırıq verdik ki, sadəcə, qaçsınlar. Bir qol vursaq da, məğlubiyyətdən xilas ola bilmədik
Futbol
557
27 Noyabr , 2021 17:05
Sənan Qurbanov: Futbolçularımızın qaçmaması məni təəccübləndirdi

"Oyuna yaxşı hazırlaşmışdıq. Lakin ilk 45 dəqiqədə təəccübləndim, futbolçulara yaraşmayan ssenaru var idi. Rəqibin qol epizodları var idi. İkinci hissədə isə ciddi tapşırıq verdik ki, sadəcə, qaçsınlar. Bir qol vursaq da, məğlubiyyətdən xilas ola bilmədik. Qaçmamaq bizə problem yaratdı. Çalışacağıq ki, səbəbini tapaq".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sabah" komandasına 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis pressinq edə, güclərini meydanda qoya bilmədiyini Deməzdim ki, qəsdən belə etdilər. Səbəbi mənə də müəmmalıdır. Buna video-analizlərdən sonra qərar verəcəyik.

Qurbanovun sözlərinə görə, "Keşlə"nin hazırkı durumu yalnız döyüşkənlik tələb edir. Onun fikrincə, meydanda can qoymaq lazımdır: "Bu vəziyyətdən çıxmaq üçün yalnız palçıq qarışdırmalıyıq. Çünki son pillələrdə gedirik. Sonradan futbol oynamağa başladıq. Bəlkə də komandada lider yoxdur. Sadəcə, ilk 45 dəqiqədə futbolçularımızın qaçmamaqlarına təəccübləndik. Bununla özümü kənara çəkib futbolçuların üzərinə yıxmaq fikrində deyiləm".

Baş məşqçi belə açıqlamalarla futbolçuları özü əleyhinə qaldıracağı ilə razılaşmayıb: "Bundan pis nə ola bilər ki? Günah varsa, hamınındır. Hazırda uduzan tərəf mənəm və bütün məsuliyyət də üzərimizə düşür. Axırıncı yerdə gedən futbolçuya haradan təklif gələ bilər? Hələ bilmirik ki, çempionatda komanda artacaq, ya yox. Sonda gedən komandanın futbolçusu öz karyerasına zərbə vurur.

Mütəxəssis hazırda komandada hər şeyin qaydasında olduğunu və "Şamaxı"ya çevrilmələrinin futbolçulara təsir göstərməyəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi