Sənan Qurbanov: "Biz hücumlar etdik, rəqib fərqləndi"

Sənan Qurbanov: "Biz hücumlar etdik, rəqib fərqləndi" Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında IV turun “Sabah”la səfər oyunundan sonra “Qəbələ” komandasının baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib.
Futbol
16 Sentyabr , 2018 21:42
Sənan Qurbanov: Biz hücumlar etdik, rəqib fərqləndi

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında IV turun “Sabah”la səfər oyunundan sonra “Qəbələ” komandasının baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

- Deyəcək bir şey yoxdur. "Təkqapı" oyun izlədik. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Biz hücumlar etdik, rəqib fərqləndi. Əvvəldən də bilirdik ki, “Sabah” bu cür oynayacaq. Ağır dönəm yaşayırıq. Ardıcıl 3 oyundu qələbə üzünə həsrətik. Oyundan razı olsam da, nəticə pisdir. Vəziyyətdən çıxış yolu axtaracağıq.

Vəziyyətdən çıxış yolu üçün ilk atılacaq addım hansıdır?

- İlk növbədə psixoloji təzyiq altına düşməməliyik. Əsas budu ki, uşaqlar qələbəsizlikdən sarsılmasınlar.

Artıq 25-ci dəqiqədə hakimdən narazılıq etdiniz və şifahi xəbərdarlıq aldınız…

- Ciddi iradım yoxdur. Ola bilər hansısa xırda epizodlar olsun. Bunun da təkrarına baxmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi