Səmədağa Şıxlarovun ölümünün təfərrüatları açıqlandı

Səmədağa Şıxlarovun ölümünün təfərrüatları açıqlandı "Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarovun ölümünün təfərrüatı bəlli olub
Futbol
1 İyun , 2021 16:03
Səmədağa Şıxlarovun ölümünün təfərrüatları açıqlandı
Səmədağa Şıxlarov

"Neftçi" klubunun sabiq futbolçusu Səmədağa Şıxlarovun ölümü ilə bağlı bəzi təfərrüatlar bəlli olub.

Bu barədə "Report"a mərhumun çalışdığı Azərbaycan Həndbol Federasiyanın (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib.

O bildirib ki, Şıxlarovu evinin yaxınlığındakı yolu keçərkən maşın vurub: "Hadisə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində, "Neftçi" klubunun bazasına çatmamış baş verib. Şıxlarovu vuran şəxs hadisə yerindən qaçmayıb. Onu tutmayıblar, özü orada qalmışdı, heç yerə getməmişdi. Hadisə müşahidə kamerasının altında olub. Müvafiq qurumlar olayla bağlı araşdırma aparacaqlar".

Əsgərovun sözlərinə görə, Şıxlarov AHF-nin İdman şöbəsində metodist vəzifəsində çalışıb.

Mərhumun harada dəfn ediləcəyi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi