“Selta” “Atletiko”nun qələbə seriyasına son qoydu

“Selta” “Atletiko”nun qələbə seriyasına son qoydu İspaniya Primerasının 22-ci turunda “Atletiko Madrid” doğma meydanında “Selta”nı qəbul edib
Futbol
9 Fevral , 2021 02:40
“Selta” “Atletiko”nun qələbə seriyasına son qoydu

İspaniya Primerasının 22-ci turunda “Atletiko Madrid” doğma meydanda “Selta”nı qəbul edib.

“Report” xəbər verir ki, “Vanda Metropolitano” stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Madrid klubunun heyətində Luis Suares dubla imza atıb, qonaqlardan isə Santi Mina Fakundo Ferreyra fərqləniblər.

Beləliklə, “Selta” paytaxt təmsilçisinin 8 oyundur davam edən qələbə seriyasına son qoyub. Buna baxmayaraq, “Atletiko” 20 oyunda 51 xal toplayaraq, turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Turnir cədvəlində ikinci və üçüncü yerləri tutan “Real” və “Barselona”nın aktivində 43 xal var.

Son xəbərlər

Orphus sistemi