Səfir: "Uzaq regionlara da nəqliyyat vasitəsi ayırmışıq ki, azarkeşlər "Qarabağ"ın oyununu izləyə bilsinlər"

Səfir: "Uzaq regionlara da nəqliyyat vasitəsi ayırmışıq ki, azarkeşlər "Qarabağ"ın oyununu izləyə bilsinlər" Poltava. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev UEFA Avropa Liqasının IV turunda keçiriləcək Vorskla - Qarabağ matçından əvvəl fikirlərini bölüşüb.
Futbol
7 Noyabr , 2018 23:05
Səfir: Uzaq regionlara da nəqliyyat vasitəsi ayırmışıq ki, azarkeşlər Qarabağın oyununu izləyə bilsinlər
Foto: "Report"

Poltava. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev UEFA Avropa Liqasının IV turunda keçiriləcək "Vorskla" - "Qarabağ" matçından əvvəl fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, səfir sabahkı oyundan yaxşı nəticə gözlədiklərini bildirib: "Bura böyük ümidlərlə gəlmişik. Ümid edirik ki, "Qarabağ" sabahkı oyunda qələbə qazanacaq. Artıq bizim səfirlikdən diaspor təşkilatları üzərindən sosial şəbəkələr vasitəsilə burada yaşayan soydaşlarımızı oyunda "Qarabağ"ı dəstəkləməyə, bizə dəstək olmağa çağırmışıq. Ümid edirik ki, onlar yanımızda olacaqlar. Çünki Qarabağ bizim ən həssas yerimizdir. Hər bir Azərbaycan vətəndaşının və soydaşlarımızın mənəvi borcudur ki, sabah gəlib bizim komandanı dəstəkləsinlər".

Azər Xudiyev sabah stadionda 300 nəfərdən artıq azarkeş olacağına ümid etdiyini söyləyib: "Təxminən 250-300 nəfər azarkeş gözləyirik, ola bilər daha artıq olsun. Hətta biz uzaq olan regionlara da nəqliyyat vasitəsi ayırmışıq ki, insanlar rahat şəkildə gəlib oyunu izləyə bilsinlər. Ümid edirik ki, oyun gec saatda olsa da, azarkeşlər "Qarabağ"ı dəstəkləməyə gələcəklər".

Son xəbərlər

Orphus sistemi