İngiltərə Premyer Liqasının 35-ci turunun matçında "Şeffild Yunayted" "Çelsi"ni qəbul edib.
“Report” xəbər verir ki, görüş Şeffildin "Bremmel Leyn" stadionunda keçirilib və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk qolu 18-ci dəqiqədə "Şeffild Yunayted"in hücumçusu Devid Makqoldrik vurub. Meydan sahiblərinin digər hücumçusu Oliver Makbarni hesabdakı üstünlüyü fasiləyə qədər artırıb. Matçın 77-ci dəqiqəsində Makqoldrik "Çelsi"nin qapısından daha bir top keçirib.
"Çelsi" 60 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində üçüncü yer tutur. "Şeffild Yunayted" 54 xalla altıncı yerdə qərarlaşıb.