"Səbail" "Qəbələ"nin sabiq hücumçusunu transfer edib

"Səbail" "Qəbələ"nin sabiq hücumçusunu transfer edib "Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
6 Sentyabr , 2021 16:04
Səbail Qəbələnin sabiq hücumçusunu transfer edib

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" son olaraq "Qəbələ"də çıxış edən Nikolas Raysellə anlaşıb.

Fransalı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı forvard 2020/2021 mövsümündə "Qəbələ"də oynayıb.

Son xəbərlər

Orphus sistemi