"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb - VİDEO

"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb - VİDEO Bakı. 26 avqust. REPORT.AZ/ Səbail komandası Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümündə ilk qələbəsini qazanıb.
Futbol
26 Avqust , 2018 20:04
Səbail yeni mövsümdə ilk qələbəsini qazanıb - VİDEO

Bakı. 26 avqust. REPORT.AZ/ "Səbail" komandası Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümündə ilk qələbəsini qazanıb.

"Report" xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv III turun səfər matçında "Keşlə"ni məğlub edib - 2:1.

Qonaqların qollarını 31 və 49-cu dəqiqələrdə Kevin Kubemba vurub. Meydan sahiblərinin heyətində isə 76-cı dəqiqədə penaltidən Nikola Mitroviç fərqlənib.

Bu qələbədən sonra "Səbail" 6-cı pilləyə yüksəlibsə, "Keşlə" artıq 1 xalla 7-ci yerə düşüb.

III turun ilk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la heç-heçə edib - 1:1. "Sabah" isə səfərdə "Zirə"ni 2:0 hesabı udub. Həftəyə saat 20:30-da start götürəcək "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi