Vətən müharibəsindən qayıdan hakim zəfər dəhlizindən keçdi

Vətən müharibəsindən qayıdan hakim zəfər dəhlizindən keçdi Azərbaycan Premyer Liqasının XIV turunda üz-üzə gələn "Səbail" və "Neftçi" komandaları oyundan öncə maraqlı addım atıblar.
Futbol
21 Yanvar , 2021 16:04
Vətən müharibəsindən qayıdan hakim zəfər dəhlizindən keçdi

Azərbaycan Premyer Liqasının XIV turunda üz-üzə gələn "Səbail" və "Neftçi" komandaları oyundan öncə flaşmob ediblər.

"Report"un məlumatına görə, hər iki komanda meydana daxil olan kimi görüşün baş hakimi Kamal Umudlu üçün düzülüblər.

44 günlük Vətən müharibəsində iştirak edən referi "zəfər dəhlizi"dən keçib.

Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, bu təşəbbüsü AFFA və Peşəkar Futbol Liqası irəli sürüb.

Son xəbərlər

Orphus sistemi