"Səbail" və "Neftçi"nin Avropa Liqasındakı cavab oyunlarının hakimləri müəyyənləşib - ƏLAVƏ OLUNUB

"Səbail" və "Neftçi"nin Avropa Liqasındakı cavab oyunlarının hakimləri müəyyənləşib - ƏLAVƏ OLUNUB UEFA Avropa Liqasında Səbail və Neftçi komandalarının keçirəcəyi I təsnifat mərhələsinin cavab görüşləri üçün hakim təyinatları açıqlanıb.
Futbol
15 İyul , 2019 14:25
Səbail və Neftçinin Avropa Liqasındakı cavab oyunlarının hakimləri müəyyənləşib - ƏLAVƏ OLUNUB

UEFA Avropa Liqasında "Səbail" və "Neftçi" komandalarının keçirəcəyi I təsnifat mərhələsinin cavab görüşləri üçün hakim təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, "Səbail"in Rumıniyada "Universitatya" ilə oynayacağı qarşılaşma islandiyalı briqadaya həvalə olunub. Baş hakim Helgi Mikael Yonassona Yohann Qudmundsson və Bringeyr Valdimarsson yan xətt, İvar Orri Kristyansson isə dördüncü hakim qismində kömək edəcəklər. İyulun 18-də Krayovadakı "İon Oblemenko" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

"Neftçi"nin Moldova "Sperantsa"sı ilə "Bakcell Arena"da keçirəcəyi matçı isə avstriyadan olan briqada idarə edəcək. Baş hakim Yulian Vaynbergerə Maksimilian Kolbiç və Mixael Nemets yan xətt, Andrea Hayss isə dördüncü hakim qismində yardımçı olacaq. Oyun saat 21:00-da başlayacaq. 

Qeyd edək ki, ilk görüşdə "Səbail" evdə 2:3 hesabı ilə uduzduğu halda, "Neftçi" səfərdə qələbə qazanıb - 3:0. 

Son xəbərlər

Orphus sistemi