"Səbail" qvatemalalı qapıçını göndərir, onun həmyerlisini alır

"Səbail" qvatemalalı qapıçını göndərir, onun həmyerlisini alır Azərbaycan təmsilçisi Kenderson Navarronı heyətinə qatmaq istəyir
Futbol
3 May , 2021 12:25
Səbail qvatemalalı qapıçını göndərir, onun həmyerlisini alır
Nikolas Hagen

Qvatemalalı qapıçısı Nikolas Hagen mövsümün sonunda "Səbail"dən ayrıla bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı oyunçu ilə Kosta Rikanın "Alahuelense" və "Deportivo Saprissa" klubları maraqlanır.

Başqa bir iddiaya görə, Azərbaycan təmsilçisi Qvatemalanın "Minisipal" klubundan Kenderson Navarronı heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Nikolas Hagen 2020-ci ilin sentyabrdan "Səbail"də çıxış edir. Onun klubla müqaviləsi yayda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi