"Səbail" "Qəbələ"yə, "Neftçi" "Keşlə"yə qarşı - AFİŞA

"Səbail" "Qəbələ"yə, "Neftçi" "Keşlə"yə qarşı - AFİŞA Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun son 2 oyunu keçiriləcək.
Futbol
147
16 Fevral , 2020 07:30
Səbail Qəbələyə, Neftçi Keşləyə qarşı - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun son 2 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, görüşlər paytaxtda təşkil olunacaq.

Günün ilk matçında "ASCO Arena"da "Səbail""Qəbələ" komandaları üz-üzə gələcək. İki klub 11-ci dəfə qarşılaşacaq. Əvvəlki oyunlardan 2-də "Səbail", 5-də "Qəbələ" qalib gəlibsə, 3-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində əyalət komandası yarıbayarı üstündür - 18:9. “Qəbələ” 4 oyundur meydanı qolsuz tərk etmir. “Səbail” son 4 ev matçında uduzmayıb.

Hazırda turnir cədvəlində isə paytaxt komandası 15 xalla 7-ci, "qırmızı-qaralar" 13 xalla 8-ci yerdə gedir. Qış fasiləsindən sonra hər iki görüşündə uduzan "Qəbələ" bu dəfə qalib gəlsə, iki klub yerlərini dəyişəcək. "Səbail" qələbə qazanacağı təqdirdə isə, son pillədən 5 xal aralanacaq.

Günün son matçı isə "Neftçi" "Keşlə" arasında olacaq. Hazırda 27 xalla 2-ci yerdə gedən flaqman qış fasiləsindən sonra qələbə qazana bilməyib. "Ağ-qaralar" lider "Qarabağ"la xal fərqini yenidən 8-ə endirmək üçün mütləq qələbə qazanmalıdır. 26 xalla 3-cü yerdə gedən "Keşlə" isə qalib gəlsə, yenidən 2-ci pilləyə yüksələcək.

İki komandanın 62-ci çempionat mücadiləsinə çıxacaq. Əvvəlki oyunların 31-də "Neftçi", 15-də "Keşlə" üstün olubsa, daha 15 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də qocaman klub böyük fərqlə öncədir - 91:60. “Neftçi” iki oyundur qalib gəlmir. “Keşlə” isə son üç səfər matçında qol vurmayıb.

Azərbaycan Premyer Liqası, XVII tur

16 fevral (bazar)

16:30. “Səbail” – “Qəbələ”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Şaiq Həmidov

“ASCO Arena”

19:00. “Neftçi” – “Keşlə”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Asif Əliyev

“Bakcell Arena”

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"ni 6:0, Sabah" isə "Sumqayıt"ı 2:1 hesabı ilə yenib.

Son xəbərlər

Orphus sistemi