"Səbail" klubunun əməkdaşı koronavirusa yoluxub

"Səbail" klubunun əməkdaşı koronavirusa yoluxub "Səbail" futbol klubunda koronavirusa yoluxma qeydə alınıb.
Futbol
16 Oktyabr , 2021 12:02
Səbail klubunun əməkdaşı koronavirusa yoluxub

"Səbail" futbol klubunda koronavirusa yoluxma qeydə alınıb.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əsas komandanın administratoru Elvin Həşimovun testi müsbət nəticələnib.

O, bu səbəbdən karantinə alınıb. Klubdakı digər şəxslərin testi mənfi çıxıb.

Qeyd edək ki, "Səbail" bu gün Azərbaycan Premyer Liqasının VII turunda "Keşlə"ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi