"Səbail" klubunun baş məşqçisi koronavirusa yoluxdu

"Səbail" klubunun baş məşqçisi koronavirusa yoluxdu "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyevdə koronavirus aşkarlanıb.
Futbol
19 Dekabr , 2020 14:58
Səbail klubunun baş məşqçisi koronavirusa yoluxdu
Aftandil Hacıyev

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyevdə koronavirus aşkarlanıb.

Bu barədə "Report"a klubun Mətbuat xidmətindən məlumat verilib.

39 yaşlı mütəxəssisin test nəticəsinin müsbət çıxdığı bildirilib. Hacıyevdə xəstəliyin simptomları müşahidə edilməsə də, o, 2 həftə ev şəraitində təcrid olunub.

Baş məşqçidən fərqli olaraq, futbolçuların hamısında analizin cavabı mənfi çıxıb.

Son xəbərlər

Orphus sistemi