"Səbail" Litva millisinin futbolçusunu transfer edib

"Səbail" Litva millisinin futbolçusunu transfer edib "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
29 iyul 2021 12:41
Səbail Litva millisinin futbolçusunu transfer edib
Şımkus Domantası

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" litvalı yarımmüdafiəçi Şımkus Domantası transfer edib.

Ölkəsinin əsas yığmasında da çıxış edən 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Danimarkada "Olborq", Litvada "Atlantas" və "Jalgiris" komandalarının formasını geyinən futbolçunun son klubu İsrailin "Hapoel" (Kfar-Sava) kollektivi olub. O, milli komandada 5 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi