"Səbail" klubu baş məşqçi dəyişikliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

"Səbail" klubu baş məşqçi dəyişikliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib "Komandada baş məşqçi dəyişikliyi gündəmdə deyil"
Futbol
27 dekabr 2016 13:23
Səbail klubu baş məşqçi dəyişikliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Bakı. 27 dekabr. REPORT.AZ/ "Səbail" klubu əsas komandada baş məşqçi dəyişikliyi ediləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Klubun icraçı direktoru Yusif Həsənov "Report"a açıqlamasında mətbuatda yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Y.Hüseynov "Səbail" ilə bağlı adı hallanan AZAL-ın hazırkı baş məşqçisi Tərlan Əhmədovla aralarında heç bir söhbət olmadığını deyib: "Tərlan müəllimlə heç bir danışıq aparılmayıb. Biz məşqçimiz Elman Sultanovun işindən razıyıq. Bu səbəbdən heç bir baş məşqçi dəyişikliyi günndəmimizdə yoxdur".

Qeyd edək ki, mətbuatda "Səbail"də baş məşqçi dəyişikliyi ilə bağlı xəbərlər dərc olunub. Hətta AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun komandaya rəhbərlik edəcəyi deyilir.

Son xəbərlər

Orphus sistemi